Qaynar xətt:

(+99450) 247 90 86

Əsgərlər balıqçıları güllələdi: Ölənlər var

Əsgərlər balıqçıları güllələdi: Ölənlər var

DÜNYA

436

04.07.2023, 18:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uqanda əsgərləri Viktoriya gölündə balıq tutan keniyalılara atəş açıblar.

 

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki,yanğın nəticəsində 2 balıqçı həyatını itirib, 1 balıqçı isə yaralanıb.

 

Xəsarət alan balıqçı müalicə üçün Port Viktoriya Xəstəxanasına göndərilib.

 

Hələlik Uqandadan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

 

Şərqi Afrika ölkələri Keniya, Uqanda və Tanzaniyanı əhatə edən 68 min kvadratmetrlik Viktoriya gölündə 2009-cu ildən Keniya ilə Uqanda arasında münaqişə yaşanır.

 

Zəngin balıq ehtiyatlarına malik Viktoriya gölü hər iki ölkənin balıqçılarının dolanışığıdır. İki ölkə həm göldəki Nil perchini yeyir, həm də ABŞ, Avropa və Yaxın Şərqə ixrac edir.

 

Göldə balıq tutan keniyalılar zaman-zaman Uqanda sərhədini keçərək qaydaları pozduqları səbəbilə Uqanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır.

 

Son 6 ayda Viktoriya gölündə balıq tutan 75 keniyalı balıqçı Uqanda əsgərləri tərəfindən saxlanılıb.

 

Uqanda, Keniyadan fərqli olaraq, göldə xüsusi ordu hissələrinin tam təchiz olunmuş bölmələrinə malikdir.

 

Tərcümə: Nigar