Qaynar xətt:

(+99450) 247 90 86

Priqojin milyardları və qızılları qaytardı

Priqojin milyardları və qızılları qaytardı

DÜNYA

321

04.07.2023, 15:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin üsyanından və Rusiya regionlarında keçirilən “ədalət yürüşündən” sonra iyunun 24-də Sankt-Peterburqdakı ofislərində aparılan axtarışlar zamanı ələ keçirilən 10 milyard rubl geri qaytarılıb.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə “Fontanka” məlumat yayıb.

 

Nəşrin məlumatına görə, ilkin olaraq Rusiya təhlükəsizlik qüvvələri 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılı geri qaytarmaq niyyətində deyildi.

Vəsait Priqojinin sürücüsü tərəfindən rəsmi etibarnamə ilə yığılıb.

Prosedurun necə keçdiyi məlum deyil.

 

İlkin məlumatlara görə, o, özü də həftəsonu “görüşlər” üçün Moskvada olub.


Daha əvvəl Priqojin tapılan vəsaitlərin işçilərin maaşları, “yük 200” və “digər məsələlər” üçün kompensasiya olduğunu bildirib.

Yevgeni Priqojinin təşkil etdiyi üsyandan sonra təşkilatın taleyi kimi onun da taleyi sual altındadır.

Qəzet xatırladır ki, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Priqojini  satqın adlandırıb.

PMC muzdlularına Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq təklif edildi.

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Priqojin və onun bəzi muzdluları Belarusa gediblər.

İyunun sonunda Roskomnadzor Priqojinin “Patriot” media holdinqinin saytlarına girişi məhdudlaşdırıb.

Bütün nəşrlərin veb-saytları hazırda əlçatan deyil.

Bundan sonra Priqojin media holdinqini ləğv edib.

 

Tərcümə: Miri Məcidli