Qaynar xətt:

(+99450) 247 90 86

Çin Avropa diplomatiyasının rəhbərini qəbul etməkdən imtina etdi

Çin Avropa diplomatiyasının rəhbərini qəbul etməkdən imtina etdi

DÜNYA

349

04.07.2023, 17:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çin Avropalı diplomata yox dedi.

 

Oxu24.com xəbər verir ki,Reuters agentliyi Aİ-nin xarici siyasət sözçüsü Nabila Massrali-nin yazılı açıqlamasına istinadən xəbər verir ki, Çin Aİ-nin xarici siyasət komissarı Josep Borrell-in planlaşdırdığı səfərini təxirə salıb.

 

“Təəssüf ki, çinli həmkarlarımız bizə bildirdilər ki, gələn həftə planlaşdırılansəfər   artıq mümkün deyil”, - sənəddə deyilir.

Massralinin sözlərinə görə, Aİ indi "alternativ vaxt  tapmalıdır".

Borrelin səfərinin təxirə salınmasının səbəbləri barədə məlumat verilmir.

Borrel iyulun 10-da Pekinə səfər edərək Çinin xarici işlər naziri Qin Qanqla görüşməli idi.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Borrelin səfəri ilə bağlı məlumatı olmadığını bildirib.

 

Tərcümə: Nigar