Almaniyanın müdafiə naziri Boris Pistorius ölkədə müharibənin davam etdiyi bir vaxtda NATO Ukraynanın alyansa daxil olması sualına cavab verə bilməyəcək.
Oxu24.com xəbər verir ki,“Vilnüs sammiti zamanı ilk dəfə olaraq dövlət və ya hökumət başçıları səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək.
Beləliklə, Kiyev alyansın bu orqanının masasında bərabər yer tutacaq. Bu, NATO strukturlarına və proseslərinə uyğunlaşma yolunda böyük addımdır”,- deyə Pistorius bildirib.
O qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberqlə son görüşlər zamanı onlar razılığa gəliblər ki, “heç bir halda alyans münaqişə tərəfinə çevrilməməlidir”.
Və buna görə də Ukraynanın üzvlük əldə etməsi məsələsi yalnız müharibə başa çatdıqdan sonra müzakirə olunacaq.
“Buna görə də Ukraynada müharibə gedən bir vaxtda Ukraynanın NATO-ya daxil olması ilə bağlı suala cavab verə bilməyəcəyik. Yalnız bundan sonra biz hamımız və hesab edirəm ki, 32 müttəfiq olacaq, İsveçlə, Ukrayna ilə birlikdə alyansa qoşulma şərtlərini həll edəcəklər”, - Almaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR