Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstanın Rusiyaya yeni səfiri təyin edilib

Qazaxıstanın Rusiyaya yeni səfiri təyin edilib

DÜNYA

255

02.07.2023, 23:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

MDB baş katibinin müavini Dauren Abayev Qazaxıstanın Rusiyadakı səfiri təyin edilib.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə məlumat ölkə prezidenti Kasım-Jomart Tokayevin saytında yerləşdirilib.

 

Abayevin 44 yaşı var, o, 2023-cü ilin mayından MDB baş katibinin müavini vəzifəsində çalışır.

 

O, bundan əvvəl mədəniyyət və idman naziri, Prezident Administrasiyası rəhbərinin birinci müavini, informasiya və sosial inkişaf naziri, mətbuat katibi və dövlət başçısının müşaviri vəzifələrində çalışıb.


Qazaxıstanın Rusiyadakı keçmiş səfiri, iyunun 16-da vəzifəsindən azad edilən Yermek Koşerbayev Şərqi Qazaxıstan vilayətinin Administrasiyasının rəhbəri təyin edilib.

 

Tərcümə: Miri Məcidli