Qaynar xətt:

(+99450) 247 90 86

Putin beynəlxalq tədbirə video ilə qatılacaq

Putin beynəlxalq tədbirə video ilə qatılacaq

DÜNYA

236

03.07.2023, 17:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin sabah, iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Hindistanın sədrliyi ilə keçirilən tədbir videokonfrans vasitəsilə keçiriləcək.

 

Sammitdə ŞƏT-ə üzv ölkələrin liderləri təşkilatın son bir ildəki fəaliyyətinin yekunlarına yekun vurmaq, çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün prioritet istiqamətləri müəyyən etmək niyyətindədirlər.


“Liderlər həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - Kreml əlavə edib.


Tərcümə: Nigar