Qaynar xətt:

(+99450) 247 90 86

Putin Lukaşekonu təbrik edib

Putin Lukaşekonu təbrik edib

DÜNYA

286

03.07.2023, 13:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu Respublikanın Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Oxu24.com xəbər  verir   ki,onun təbrik teleqramı Kremlin saytında dərc olunub.

 

"Bu bayram təkcə belaruslar üçün deyil, həm də ruslar üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bu, bizim ümumi tariximizdə əlamətdar hadisə - Minskin nasist işğalçılarından azad edilməsi ilə bağlıdır", - Putin bildirib.

 

O, həmçinin qeyd edib ki, qardaşlıq dostluğu və qarşılıqlı yardım telləri iki dövlət arasında münasibətlər üçün etibarlı əsas olaraq qalır.

 

Vladimir Putin əmin olduğunu bildirib ki, Rusiya və Belarus birlikdə istənilən çətinlikləri dəf edə və dünya səhnəsində ölkələrin maraqlarını müdafiə edə biləcəklər.

 

Rusiya lideri Aleksandr Lukaşenkoya cansağlığı və uğurlar, bütün Belarus xalqına xoşbəxtlik və firavanlıq arzulayıb.

 

Əlavə edək ki, Belarus Respublikasının Müstəqillik Günü Belarus dövlətçiliyinin əsas bayramıdır. Hər il iyulun 3-də Böyük Vətən Müharibəsi zamanı Qırmızı Ordunun Minsk şəhərini alman işğalından azad etdiyi gün qeyd olunur.

 

Tərcümə: Nigar