Qaynar xətt:

(+99450) 247 90 86

Belarusun Haaqadakı səfirliyinə hücum olub

Belarusun Haaqadakı səfirliyinə hücum olub

DÜNYA

217

02.07.2023, 16:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 2-nə keçən gecə naməlum şəxslər Belarusun Haaqadakı diplomatik nümayəndəliyinə hücum ediblər.

 

Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Agentliyin məlumatına görə, vandallar bir neçə pəncərəni sındıraraq binanın divarlarını qraffiti, qara və qırmızı boya ilə rəngləyiblər. İndi işçilər binanın tanış görkəmini bərpa etməklə məşğuldurlar.

 

Diplomatik nümayəndəliyin rəsmiləri Hollandiya polisinin şübhəli şəxsi saxladığını bildirsə də, səfirlik şərh verməkdən imtina edib.

 

Tərcümə: Nigar