Qaynar xətt:

(+99450) 247 90 86

51 nəfər batıb öldü

51 nəfər batıb öldü

DÜNYA

246

02.07.2023, 13:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Afrika sahillərindən İspaniyanın Kanar adalarına doğru qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 51 nəfərin öldüyü, 4 nəfərin xilas edildiyi xəstəxanaya aparıldığı açıqlanıb.

 

Oxu24.com xəbər  verir  ki,Caminando Fronteras (QHT) qeyri-hökumət təşkilatının nümayəndələrindən biri Helena Maleno Twitter hesabında "Kanar adalarına gedərkən batan bir qayıq 51 qeyri-qanuni miqrantın həyatına son qoydu" deyib.

 

Maleno qayığın Mərakeşin cənubundakı Tan Tan sahilindən yola düşdüyünü və ölən 51 nəfərdən 11-nin qadın və 3-nün uşaq olduğunu bildirib.

 

İspaniya baş nazirinin müavini və əmək naziri Yolanda Diaz 51 qeyri-qanuni miqrantın ölümünə görə kədərləndiyini və Aİ-nin immiqrasiya siyasətini həyata keçirməsinin vacib olduğunu bildirib.

 

Tərcümə: Miri Məcidli