Qaynar xətt:

(+99450) 247 90 86

İran İsveçə yeni səfir göndərməyəcək

İran İsveçə yeni səfir göndərməyəcək

DÜNYA

229

02.07.2023, 10:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qurani-Kərim"in təhqir olunmasına görə İran İsveçə yeni səfir göndərməyəcək.

OXU24.COM  APA-ya istinadən bildirir ki, bu barədə IRNA Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasının İsveçə yeni səfirinin göndərilməsi üçün inzibati prosedurları tamamlamasına baxmayaraq, "Qurani-Kərim"in təhqir olunmasına görə Xarici İşlər Nazirliyi hələlik yeni səfiri göndərməyəcək.

Ətraflı

Daha əvvəl ISNA İranın İsveçə yeni təyin olunmuş səfirinin yola düşməzdən əvvəl XİN başçısı ilə görüşdüyü barədə məlumat yaymışdı.

Yeni səfir Tbilisi və Brüsseldəki səfirliklərdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, həmçinin İranın Tacikistandakı səfiri olub.

Qeyd edək ki, İran İsveçdə "Qurani-Kərim"in yandırılmasını pisləyib, İsveç səfiri XİN-ə çağırılıb.