Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: 25 nəfər öldü

Dəhşətli qəza: 25 nəfər öldü

DÜNYA

368

01.07.2023, 15:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistanın Maharaştra əyalətində avtobusun baryerlərə çırpılaraq aşması və alovlanması nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər ölüb.

Oxu24.com xəbər  verir  ki,Hindistanın Maharaştra ştatının Buldhana rayonunda magistral yolda Pune şəhərinə gedən avtobus yerli vaxtla saat 01:30 radələrində maneələrə çırpılıb.

Aşan avtobus alov topuna çevrildiyi üçün bölgəyə polis və tibb briqadası göndərilib.

Dəhşətli qəzada 25 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

Yaralılar xəstəxanalara çatdırılıb. Həyatını itirənlərin çoxunun avtobusdan düşə bilmədiyi öyrənilib.

Hindistanın baş naziri Narendra Modi sosial media hesabında qəza ilə bağlı paylaşım edərək, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yerli hökumətlərin hər cür yardımı göstərəcəyini bildirib.

Hindistanda tez-tez yol-nəqliyyat hadisələri baş verir ki, bu da çox vaxt ehtiyatsız idarəetmə, pis baxımlı yollar və köhnə avtomobillər səbəbindən baş verir.

Polisin məlumatına görə, ölkədə hər il 110 mindən çox insan yol qəzalarında ölür.

 

Tərcümə: Aynurə Məcidova