Qaynar xətt:

(+99450) 247 90 86

Putin Fələstin prezidenti Abbasla telefon danışığı aparıb

Putin Fələstin prezidenti Abbasla telefon danışığı aparıb

DÜNYA

298

01.07.2023, 15:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin ilə Fələstin dövlət başçısı Mahmud Abbas arasında telefon danışığı olub.

 

Oxu24.com xəbər  verir  ki,Kremldən verilən məlumata görə, Fələstin lideri Abbas 24 iyun hadisələri zamanı Rusiya administrasiyasının konstitusiya quruluşunu və qanunu qorumaq üçün atdığı addımları tam dəstəklədiyini bildirib.

 

Görüş zamanı iki lider Rusiya ilə Fələstin arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı münasibətlərini ifadə ediblər.

 

Rusiya tərəfi mövcud beynəlxalq hüquq normaları əsasında Fələstin-İsrail böhranının ədalətli və davamlı həllinin tapılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

 

Prezident Putin Abbası və bütün Fələstin xalqını Qurban bayramı münasibətilə təbrik edib.

 

Putin və Abbas təmasları davam etdirmək barədə razılığa gəliblər.

 

Tərcümə: Miri Məcidli