Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynadakı müharibəyə Qazaxıstan vətəndaşlarını cəlb edir

Rusiya Ukraynadakı müharibəyə Qazaxıstan vətəndaşlarını cəlb edir

DÜNYA

299

30.06.2023, 23:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan ərazisində yerli sakinləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə cəlb etmək cəhdləri qeydə alınıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Qazaxıstanın Kostanay vilayətinin prokurorluğu məlumat yayıb.

 

“Bizim regionda yerli sakinlərin Ukraynadakı silahlı münaqişədə iştirak etmək üçün Rusiya Federasiyası ərazisinə cəlb edilməsi cəhdləri qeydə alınıb”, - prokurorluqdan bildiriblər.

 

Təhlükəsizlik rəsmiləri xatırladıblar ki, bu hərəkətlər Qazaxıstan Konstitusiyası, Qazaxıstanın qoşulduğu beynəlxalq səviyyədə tanınmış hüquqi sənədlərlə qadağandır.

 

Ukraynaya qarşı döyüşməyə gedən Qazaxıstan vətəndaşlarını 10 ilədək həbs cəzası gözləyir.

 

Tərcümə: Miri Məcidli