Qaynar xətt:

(+99450) 247 90 86

Fransadakı hadisələr Belçikaya da sirayət edib: 64 nəfər  həbs edilib

Fransadakı hadisələr Belçikaya da sirayət edib: 64 nəfər  həbs edilib

DÜNYA

262

30.06.2023, 14:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belçikanın paytaxtı Brüsseldə gənc sürücünün öldürülməsinə görə Fransada keçirilən etiraz aksiyalarına dəstək verən 64 nəfər saxlanılıb.

 

Oxu24.com xarici mediaya istinadən İyunun 27-də Fransada 17 yaşlı şəxsin ölümdən sonra keçirilən nümayişlərə dəstək məqsədilə Brüsselin mərkəzi rayonlarından biri olan Anneessensdəinsanlar ayağa qalxıb.

 

Polis etiraz edənlərdən 64 nəfəri həbs edib.

 

Yerli vaxtla saat 22:00 radələrində Anneessens rayonunda toplaşan bir qrup gənc daş daşları götürüb, avtobus dayanacaqlarının şüşələrini sındırıb və bəzi avtomobilləri yandırıb.


Hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən göndərilib.

 

Şəhərin mərkəzindəki Lemonye bulvarında polislə nümayişçilər arasında əlbəyaxa dava olub, Anneessens metro stansiyası bağlanıb, avtomobillərin əraziyə girişi qadağan edilib.

 

Bölgədə təhlükəsizlik tədbirləri davam edir.

 

Tərcümə: Nigar