Qaynar xətt:

(+99450) 247 90 86

Fransa dağılır: Şok sayda adam həbs edildi +VİDEO

Fransa dağılır: Şok sayda adam həbs edildi +VİDEO

DÜNYA

943

30.06.2023, 10:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi səbəbindən başlayan iğtişaşlar zamanı iyunun 30-na keçən gecə 667 nəfər saxlanılıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə sosial şəbəkələrdə respublikanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

 

"Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, dünən gecə polis, jandarm və yanğınsöndürənlər "Fransada nadir hallarda baş verən" son dərəcə yüksək səviyyədə zorakılıqla üzləşiblər", - Darmanin öz Twitter səhifəsində bildirib.


Yeniyetmənin hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən qətlə yetirilməsi Nanterredə iğtişaşlara səbəb olub, sonradan digər böyük kommuna və şəhərlərə yayılıb: Dijon, Lion, Marsel, Strasburq və Tuluza.

İnsanlar komissarlıqları, inzibati orqanların binalarını yandırdılar, təhsil təşkilatlarına ziyan vurdular.

İyunun 30-na keçən gecə iğtişaşların yatırılmasında 40 min polis əməkdaşı iştirak edib. Bəzi yerlərdə zirehli texnika və helikopterlərdən istifadə edilir.

Xatırladaq ki, 17 yaşlı yeniyetməni qətlə yetirən polis saxlanılaraq nəzarətə götürülüb. O, güllələdiyi gəncin ailəsindən üzr istəyib.

 

 

Tərcümə: Nigar