Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ermənistanın anti-Rusiya sanksiyalarına əməl etməsini yoxlayacaq

ABŞ Ermənistanın anti-Rusiya sanksiyalarına əməl etməsini yoxlayacaq

DÜNYA

290

29.06.2023, 21:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya rəhbəri Ceyms O'Brayen İrəvanda iki günlük səfərdədir.

 

Oxu24.com xəbər verir ki,bu barədə Amerikanın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, amerikalı diplomat ölkə rəhbərliyi ilə sanksiyalar tədbirlərinə əməl olunması sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.

 

`Brayen baş nazir Nikol Paşinyan tərəfindən də qəbul ediləcək.

 

Qeyd olunur ki, Amerika rəsmisi Ermənistanın anti-Rusiya sanksiyaları rejiminə nə dərəcədə sadiq olduğunu dəyərləndirməlidir.

 

Vaşinqton və Brüssel dəfələrlə Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edəcək ölkələr üçün sanksiyalar təhlükəsi barədə danışıblar.

 

Tərcümə: Miri Məcidli