Qaynar xətt:

(+99450) 247 90 86

Mərakeş Quranın yandırılmasına görə İsveç səfirini geri çağırıb

Mərakeş Quranın yandırılmasına görə İsveç səfirini geri çağırıb

DÜNYA

249

29.06.2023, 18:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Afrika krallığının Xarici İşlər Nazirliyi bildirib ki, iyunun 28-də İsveçin paytaxtında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin yandırılmasına etiraz olaraq Mərakeş hökuməti Stokholmdakı səfirini geri çağırıb.

 

Oxu24.com xəbər  verir  ki,Agentliyin saytında verilən məlumata görə, diplomat qeyri-müəyyən müddətə məsləhətləşmələr üçün geri çağırılıb.


“Kralın ən yüksək əmrinə əsasən, İsveçin müvəqqəti işlər vəkili Rabata, Stokholmdakı səfir də məsləhətləşmələr üçün çağırılıb”, - mesajda vurğulanır.

 

İsveçin Afrika ölkəsindəki aksiyası Həcc mövsümü və Qurban bayramı ilə üst-üstə düşən müqəddəs dövrdə “bir milyarddan çox müsəlmanın hisslərinə” məhəl qoymayan məsuliyyətsiz və düşməncəsinə hərəkət adlandırılıb.

 

Çərşənbə günü, iyunun 28-də Stokholmda 37 yaşlı iraqlı mühacir Salvan Momika Qurandan vərəqləri cırıb, onlarla ayaqqabılarını silib, sonra kitabı  yandırıb.

Stokholm polisi Qurban bayramının ilk günü şəhər məscidi yaxınlığında Quran yandırılaraq aksiya keçirməyə icazə verib.

Polis, hakimiyyətin müsəlmanların müqəddəs kitabının yandırılması ilə nümayişlərə qoyduğu qadağanı ləğv edən məhkəmə qərarına istinad edib.

Eyni zamanda, Stokholm polisi etirazlarda iğtişaşların qarşısını almaq üçün ölkənin hər yerindən əlavə qüvvələr çağırıb.

 

Tərcümə: Nigar