Qaynar xətt:

(+99450) 247 90 86

İran sərt bəyanat yaydı

İran sərt bəyanat yaydı

DÜNYA

269

29.06.2023, 13:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İran İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Quranın yandırılmasını şiddətlə pisləyib və bunu "təxribatçı, həddindən artıq və qəbuledilməz" adlandırıb.

Oxu24.com xəbər verir ki,İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi  açıqlamada, “Xüsusən də İslam ümmətinin mübarək günlərində, milyonlarla müsəlmanın həcc ziyarətinə toplaşdığı bir vaxtda səmavi müqəddəs kitabların təkrar təhqir edilməsi təxribatçı, qeyri-mütənasib və qəbuledilməz bir hərəkətdir.",-deyə açıqlamada qeyd edilib.

Bəyanatda müqəddəs kitablara təhqir və hörmətsizlik edilməsinin zorakılıq və nifrətin yayılmasına səbəb olduğu qeyd edilərək, bu cür hərəkətlərin insan hüquqları dəyərlərinə zidd olduğu vurğulanıb.

Bəyanatda deyilir ki, İran hökuməti və xalqı dünya müsəlmanları və azad fikirliləri ilə birlikdə belə bir təhqirə dözmür və onu qətiyyətlə pisləyir.

 

Miri Məcidli