Qaynar xətt:

(+99450) 247 90 86

Putin müsəlmanları təbrik etdi

Putin müsəlmanları təbrik etdi

DÜNYA

313

28.06.2023, 11:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

 

Oxu24.com xəbər verir  ki,Müvafiq teleqram Kremlin saytında dərc olunub.

 

"Rusiyanın müsəlman icması ölkənin həyatında böyük yaradıcı rol oynayır, millətlərarası və dinlərarası sülhün möhkəmləndirilməsinə, ailə dəyərlərinin qorunub saxlanmasına, gənc nəslin tərbiyəsinə mühüm töhfə verir", - Rusiya lideri qeyd edib.

 

Putin xüsusi əməliyyat zamanı əcdadlarının vətənpərvərlik ənənələrinə arxalanaraq cəsarət və fədakarlıq göstərən müsəlman döyüşçülərin şücaətini də qeyd edib.

 

“Onlar öz yoldaşları ilə çiyin-çiyinə Rusiyanı müdafiə edirlər”, - deyə prezident bildirib.

 

Xatırladaq ki, müsəlmanların əsas bayramlarından biri olan Qurban bayramı Rusiyada iyunun 28-də qeyd olunur. Bu gün Məkkəyə illik həcc ziyarəti başa çatır.

 

Tərcümə: Miri Məcidli