Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna: Rusiyanın dünənki raket hücumunda 8 nəfər ölüb, 56 nəfər yaralanıb

Ukrayna: Rusiyanın dünənki raket hücumunda 8 nəfər ölüb, 56 nəfər yaralanıb

DÜNYA

306

28.06.2023, 11:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Daxili İşlər Nazirliyi ötən gün Rusiyanın Kramatorsk şəhərində qida obyektinə raket hücumu nəticəsində 8 nəfərin öldüyünü, 56 nəfərin yaralandığını bildirib.

 

Oxu24.com xəbər  verir  ki,Nazirliyin sosial media hesabından edilən açıqlamada dünən Rusiya ordusunun Donetsk vilayətinin Kramatorsk şəhərinə raket hücumu həyata keçirdiyi bildirilib.

 

Raket Kramatorsk şəhər mərkəzindəki qida obyektinə düşdüb. Səhər saat 07:00-a olan məlumata görə, 3-ü uşaq olmaqla 8 nəfər ölüb, 56 nəfər yaralanıb. 

 

Açıqlamada hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi və dağıntılar altında insanların ola biləcəyi qeyd edilib.

 

Tərcümə: Miri Məcidli