Qaynar xətt:

(+99450) 247 90 86

Mafiya ovu başladı: Xeyli sayda mafioz tutulub

Mafiya ovu başladı: Xeyli sayda mafioz tutulub

DÜNYA

297

28.06.2023, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtalyan mafiya təşkilatı Ndranghetaya qarşı basqınlar davam edir.

 

Oxu24.com xəbər  verir  ki,İtaliya polisi “Ndrangheta” mafioz təşkilatına qarşı keçirdiyi əməliyyat zamanı 30-dan çox adamı həbs edib.

İtaliya polisinin bəyanatında deyilir ki, şübhəlilər, o cümlədən ölkənin Kalabriya bölgəsindən olan siyasətçilər, mafiya birliyi, adam öldürmə, qəsb, fırıldaqçılıq, dövlət müqavilələrinin bağlanması, rüşvət və səs satın alma kimi ittihamlarla həbs ediliblər.

Açıqlamada bildirilib ki, reyd nəticəsində 22 nəfər həbsxanaya göndərilib, 12 nəfər ev dustaqlığına buraxılıb, 4 nəfər işdən çıxarılıb, 3 nəfərin isə ölkədən çıxışına qadağa qoyulub. Kalabriyanın keçmiş qubernatoru da daxil olmaqla ümumilikdə 123 nəfərin istintaqı davam edir.

Açıqlamada Almaniyanın Ştutqart prokurorları ilə Almaniya federal polisinin istintaq çərçivəsində əməkdaşlıq etdiyi də bildirilib.

İtaliyanın ən tanınmış mafiya əleyhdarlarından biri olan Catanzaro prokuroru Nicola Gratteri mətbuat konfransında bildirib ki, 2014-2020-ci illər ərzində bölgə siyasətçiləri və dövlət idarəçiləri mafiya üzvləri tərəfindən “tabe edilib”.

Ndrangheta mafiya şəbəkəsinin İtaliyanın cənubundan şimalına daşınmaz əmlak, qida, meyvə, tərəvəz və mal-qara ticarəti, təhlükəsizlik xidmətləri və qumar oyunları kimi qeyri-qanuni ticarətlə məşğul olduğu bilinir.

 

Tərcümə: Nigar