Qaynar xətt:

(+99450) 247 90 86

Film kimi olay: Həbsxanadan görün hansı yolla qaçdı

Film kimi olay: Həbsxanadan görün hansı yolla qaçdı

DÜNYA

608

27.06.2023, 12:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada məhbus kanalizasiya quyusu vasitəsi ilə həbsdən qaçıb.

 

Oxu24.com xəbər  verir  ki,Krasnoyarsk diyarının Kansk şəhərində inzibati məhdudiyyətləri pozduğuna görə həbs edilmiş şəxs iyunun 26-da xüsusi təcridxanadan köhnə kanalizasiya çuxurunun drenajı ilə qaçıb. 

 

REN TV-nin yaydığı məlumata görə, 34 yaşlı yerli sakin təcridxanaya aparılıb. O, 10 gün həbsdə qalmalı olub. Lakin kişi cəzanı vaxtından əvvəl dayandırmaq qərarına gəlib.

 

“Gündüz gəzinti zamanı o, hasarın altından keçmiş kanalizasiya çuxurunun drenajına sürünərək, dəmir təbəqəni açıb və gözdən itib”, - mənbə bildirib.

 

Qaçaq bir neçə saatdan sonra tutulub. İndi onu əlavə 15 gün həbs gözləyir.

 

Tərcümə:Aynurə Məcidova