Qaynar xətt:

(+99450) 247 90 86

Uşaq 12 metr yüksəklikdən yıxıldı  — Hadisə anı kameraya düşdü

Uşaq 12 metr yüksəklikdən yıxıldı  — Hadisə anı kameraya düşdü

DÜNYA

564

27.06.2023, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uşaq ölümdən döndü.
Oxu24.com xəbər  verir ki, Meksikanın Nuevo Leon əyalətindəki Monterreydəki Fundidora parkında atası ilə ziplinq edən 6 yaşlı uşaq təhlükəsizlik kəmərinin qırılması nəticəsində 12 metr hündürlükdən yıxılıb.

Xoşbəxtlikdən parkdakı gölə düşən oğlan xəsarət almadan xilas olub.

Hadisədən sonra təcili yardım qrupları uşağı düşdüyü göldən çıxarıb, müayinədən sonra qruplar uşağın səhhətinin yaxşı olduğunu açıqlayıb.

Nuevo Leon Dövlət Mülki Müdafiə Koordinasiyası qəzadan sonra apardığı araşdırma nəticəsində zipline şirkətinin fəaliyyətini dayandırıb.

Digər tərəfdən, 2021-ci ilin dekabrında Meksikanın Çiapas əyalətində əyləc sisteminin nasazlığı nəticəsində dirəklə toqquşan zipline qəzasında 30 yaşlı kişi həyatını itirmişdi.

Hadisə anının videosunu təqdim edirik:

Tərcümə:Aynurə Məcidova