Qaynar xətt:

(+99450) 247 90 86

Milyarder yarışda öldü

Milyarder yarışda öldü

DÜNYA

335

27.06.2023, 07:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ-də 70 yaşlı milyarder Ceyms Kroun avtomobil yarışı zamanı dünyasını dəyişib.
Oxu24.com-un məlumatına görə, bu barədə “CBS News” xəbər verir. Tanınmış çikaqolu sahibkarlar və xeyriyyəçilər ailəsinə mənsub olan Kroun Koloradoda keçirilən avtomobil yarışlarda iştirak edib.
“Aspen Motorsports Park” trekində yarış zamanı milyarderin maşını yüksək sürətlə maneəyə çırpılıb, nəticədə o hadisə yerində keçinib. “Forbes”in son hesablamalarına görə, Kroun ailəsinin sərvəti 10,2 milyard dollardır. Nigar