Qaynar xətt:

(+99450) 247 90 86

Lavrov  Lukaşenko-Putin danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb

Lavrov  Lukaşenko-Putin danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb

DÜNYA

365

26.06.2023, 18:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının bəzi təfərrüatlarını açıqlayıb.

 

Oxu24.com  xəbər verir ki, Sergey Lavrov RT-yə müsahibəsində bildirib ki, iyunun 24-də səhər saatlarında Lukaşenko Putinə zəng edərək ona “Vaqner” və şirkətin rəhbəri Yevgeni Priqojin ilə vəziyyəti sülh yolu ilə həll etməyə kömək etməyi təklif edib.

 

"Putinlə telefon danışığı zamanı Lukaşenko vəziyyətin sülh yolu ilə həllini, eləcə də qiyamçı dəstələrin Moskvaya doğru hərəkətini davam etdirəcəyi təqdirdə qaçılmaz olaraq baş verəcək böyük qan tökülməsindən qaçmağı təklif edib. Lukaşenkonun təklifi prezident Putin tərəfindən dəstəklənib və nəticə sizə məlumdur”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Nigar