Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91516
az

Odessa vilayətində ən azı iki \"Kalibr\" məhv edilib

10:1126 İyun, 2023
91
  • A

Gecə saatlarında Odessa vilayətində düşmənin ən azı iki “Kalibr” raketi məhv edilib.

 

Oxu24.com xəbər verir ki,bu barədə telemarafonun efirində Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

 

Ukraynanın cənubunda baş verən gecədən danışan sözçü qeyd edib ki, bu, təkcə döyüş mənasında deyil, həm də havadan müdafiə qüvvələrinin işini hava şəraiti - dəniz üzərində həddindən artıq güclü tufan və tufanla çətinləşdirdiyi üçün kifayət qədər çətin olub.

 

"Düşmən Odessa bölgəsinə "Kalibr" raketləri və "Şahed" tipli kamikadze pilotsuz təyyarələrlə hücum edib. Biz bu gecə hücumunun nəticələrini hələ də aydınlaşdırırıq. Baxmayaraq ki, biz artıq dənizdən sahil zonasına yaxınlaşarkən ən azı iki "Kalibr"in məhv edildiyini bilirik ", - Gumenyuk deyib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyat yoldaşı aktrisaya 53 milyonluq toy hədiyyəsi bağışladı
Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze