Qaynar xətt:

(+99450) 247 90 86

Prezident Ərdoğan Stoltenberqlə danışıb

Prezident Ərdoğan Stoltenberqlə danışıb

DÜNYA

241

24.06.2023, 23:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident Ərdoğan NATO-nun baş katibi Stoltenberqlə telefonla danışıb.

 

Oxu24.com xəbər  verir  ki, danışıq  zamanı Rusiyadakı son hadisələr  və İsveçin NATO-ya üzvlüyü ilə bağlı son hadisələr müzakirə olunub.


Rabitə Müdirliyinin sosial media hesabından verilən açıqlamaya görə, prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.

Bildirilib ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətlərin qarşısını alıb.

 

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyada baş verənlərin Ukraynada ədalətli sülh yolunda yeni mərhələ olmasını arzuladığını bildirib.

 

Görüşdə İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə olunub. Bildirilib ki, Türkiyənin İsveçin üzvlüyünə konstruktiv münasibəti davam edir, lakin bu ölkədə PKK/PYD/YPG tərəfdarları sərbəst hərəkətə keçdiyi üçün qanunvericilik dəyişikliklərinin heç bir mənası yoxdur.

F-35 kontekstində yaşanan ədalətsizliklərə görə Türkiyənin F-16 tələbini İsveçin üzvlüyü ilə bağlamaq cəhdlərinin Türkiyənin deyil, NATO və NATO-nun təhlükəsizliyinə zərər verdiyi bildirilib.

 

Tərcümə: Aynurə Məcidova