Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91428
az

Vaqner bir gecədə Rusiya ordusuna şok sayda zərbə vurdu   —  MİLYARDLIQ İTKİ

07:5825 İyun, 2023
480
DÜNYA
  • A

Vaqner qiyamı günü Rusiya ordusunun itirdiyi texnika sayı məlum olub.

 

Oxu24.com xəbər  verir  ki,Hollandiyanın OSINT layihəsi Oryx-in hesablamalarına görə, qiyam günü rus qoşunları 9 texnika itirib.

 

Bunlar  İl-22M komanda məntəqəsi və altı helikopter, o cümlədən bir Mi-8 helikopteri, üç Mi-8MTPR-1 elektron müharibə helikopteri, bir Mi-35M hücum helikopteri və bir Ka-52 Alligator helikopteridir.

 Bundan əlavə, mina və pusqudan mühafizəsi olan “KAMAZ-435029 Patrul-A” markalı avtomobil və “Tiqr-M” zirehli maşını götürülüb.

Vaqner PMC ilə toqquşmalarda 15 rus hərbçisinin həlak olduğu da bildirilir. Ölənlərin əksəriyyəti hərbi pilotlardır. Priqojinin muzdluları tərəfindən vurulan İl-18-də pilotdan başqa ən azı səkkiz nəfər də olub. Ka-52 Alligator hücum helikopterinin bütün heyəti də həlak olub.


PMC "Vaqner" indiyə qədər itkilər arasında DShK pulemyotu quraşdırılmış UAZ-23632-148-64 pikap maşınıdır.

Rusiya Aerokosmik Qüvvələri ilə əlaqəli Fighterbomber Telegram kanalı xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələrinə məxsus üç helikopter M-4 magistralının (Rostov/Voronej vilayəti) yaxınlığında Vaqneritlər tərəfindən vurulub.

Məlumatı ordu aviasiyası ilə əlaqəli Helicopterpilot Telegram kanalı təsdiqləyir, o yazır ki, vertolyotlar Vaqner karvanına atəş açdıqdan sonra vurulub.

 

Ka-52 helikopterini vurmaq istəyərkən PMC-nin Strela-10 hava hücumundan müdafiə sisteminin zenit idarəolunan raketi Voronej kənarındakı neft anbarına düşüb.

Baza telegram kanalı iddia edir ki, neft bazasındakı yanğından əvvəl partlayış olub. Videoda alçaqdan uçan helikopter  tüstüsü görünməzdən bir dəqiqə əvvəl görünür. OSINT-nin tədqiqatçısı CaliberObscura bildirir ki, PMC muzdluları Strela-10 hava hücumundan müdafiə sistemindən Rusiya Aerokosmik Qüvvələrinə məxsus Ka-52 helikopterini vurmağa cəhd edib, nəzarətdən  çıxıb və neft anbarına düşüb.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kim Çen In hot-doqları və boşanmaları vətənə xəyanətlə eyniləşdirib
Amerikalı jurnalist Zelenskinin müsahibəsini yüksək qiymətləndirib
Makron bildirib ki, o, İranla bağlı dönüşü olmayan nöqtəyə yaxınlaşır

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var