Qaynar xətt:

(+99450) 247 90 86

Putin və Lukaşenko telefonla son vəziyyəti müzakirə ediblər

Putin və Lukaşenko telefonla son vəziyyəti müzakirə ediblər

DÜNYA

289

24.06.2023, 22:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin növbəti telefon danışığı zamanı "Vaqner"in rəhbəri Yevgeni Priqojin ilə danışıqların nəticələrini müzakirə ediblər.

Oxu24.com  xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

Rusiya Prezidenti aparılan danışıqlara belaruslu həmkarına təşəkkür edib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.