Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda  terror: 1 polis həlak olub

Pakistanda  terror: 1 polis həlak olub

DÜNYA

259

24.06.2023, 22:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistanın Bəlucistan əyalətində intiharçı hücumunda 1 polis ölüb, 1 polis yaralanıb.

Oxu24.com xəbər  verir  ki,milli mətbuatda yer alan xəbərlərə görə, Bəlucistanın Turbat bölgəsində "Komissar Yolu"nda qadın kamikadze hücum edib.

İntiharçı hücumda 1 polis həyatını itirib, 1 polis yaralanıb.

Hadisə zamanı ərazidəki təhlükəsizlik maşınına da ziyan dəyib.

Rəsmilər hücumun kimə qarşı yönəldiyinin hələlik məlum olmadığını bildiriblər.

Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

 

Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Yanvarın 30-da Pişəvərdə günorta namazı zamanı məscidə edilən intiharçı hücumda əksəriyyəti polis olmaqla 102 nəfər, martın 6-da Bəlucistanda isə 10 təhlükəsizlik əməkdaşı həlak olub.

 

Tərcümə: Nigar 

 

Mayın 19-da Bəlucistanın Zhob bölgəsində Camaat-e-İslami Partiyasının lideri Sirac əl-Həqin karvanına intiharçı hücumu həyata keçirilib. Partiyanın baş katibi Əmirül Əzim partiyanın lideri Haqqın intihar hücumundan yara almadan sağ çıxdığını və təcavüzkarın öldüyünü açıqlayıb.