Qaynar xətt:

(+99450) 247 90 86

Medvedev Priqojinin üsyanının məqsədini açıqladı

Medvedev Priqojinin üsyanının məqsədini açıqladı

DÜNYA

349

24.06.2023, 21:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dmitri Medvedev açıqlama verib.

 

Oxu24.com xəbər  verir ki,Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya hakimiyyəti nüvə silahının “quldurların” nəzarəti altında olmasına imkan verməyəcək.

 

O, üsyanı ölkədə hakimiyyəti ələ keçirmək üçün planlaşdırılmış əməliyyat adlandırıb və onun hazırlanmasında xarici mütəxəssislərin iştirak etdiyini bildirib.


“Biz ən böyük nüvə dövlətində dövlət çevrilişinin nəticələrini başa düşürük. Bəşəriyyət tarixində heç vaxt belə bir şey olmayıb ki, ən böyük nüvə silahı arsenalı quldurların nəzarəti altında olsun. Belə bir böhran, təbii ki, bir ölkənin çərçivəsi ilə məhdudlaşmayacaq. Dünya məhv olmaq həddinə gətiriləcək...İşlərin belə getməsinə imkan verməyəcəyik”, – Medvedev Rusiya mətbuatına bildirib.

 

Təhlükəsizlik Şurasının sədr müavini "Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojin tərəfindən irəli sürülən üsyanın səbəblərini araşdırmaya tab gətirməyən "spekulyasiyalar" adlandırıb. Onların arasında Medvedev arxa cəbhələrə hücumları, məmurların korrupsiyasını və Müdafiə Nazirliyinin müəyyən öhdəliklərini yerinə yetirməməsini qeyd edib. 

 

Medvedev bildirib ki, Rusiyada baş verənlər düşünülmüş və səhnələşdirilmiş dövlət çevrilişi sxeminə uyğun gəlir və onun təşkilində Rusiya Silahlı Qüvvələrinin elit bölmələrindən olan döyüşçülərin də iştirak etdiyini istisna etməyib.

 

Tərcümə: Miri Məcidli