Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91363
az

SON DƏQİQƏ! Rusiyada qiyam: Bu şəhər ələ keçirildi

10:2224 İyun, 2023
652
  • A
Rusiyanın Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib. Oxu24.com xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib. Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb. Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin özü də Rostov şəhərindədir. Artıq Rostov şəhəri “Vaqner"çilər tərəfindən ələ keçirilib. Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi
Makron gəncləri orduya çağırdı: Fransada nə baş verir?
Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi