Qaynar xətt:

(+99450) 247 90 86

3 nəfərin öldüyü qəzadan DƏHŞƏTLİ VİDEO

3 nəfərin öldüyü qəzadan DƏHŞƏTLİ VİDEO

DÜNYA

290

23.06.2023, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ulyanovsk vilayətində magistral yolda baş verən kütləvi qəza nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

 

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,yük maşını qarşıdan gələn zolağa düşüb. Orada başqa bir yük maşını və minik avtomobili ilə toqquşub - avtomobillər parçalanıb, bir neçə nəfər salondan magistral yola atılıb. Kadrlarda şok vəziyyətində olan zərərçəkənlərdən birinin ayağa tullanaraq yan tərəfə qaçması əks olunub. Bir neçə saniyədən sonra ehtiyatla səkidə uzanmış dostuna yaxınlaşır.

Qəza nəticəsində iki sürücü anında, bir sərnişin daha sonra tibb müəssisəsində dünyasını dəyişib. Hazırda yaralıların vəziyyəti ağır olaraq reanimasiyadadır.

İlkin məlumata görə, faciəyə səbəb yük maşınının təkərinin partlaması olub.

 

Tərcümə: Nigar