Qaynar xətt:

(+99450) 247 90 86

Çində polad zavodunda partlayış: 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Çində polad zavodunda partlayış: 4 nəfər ölüb, 5 nəfər yaralanıb

DÜNYA

266

23.06.2023, 18:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çinin şimalındakı Liaoninq əyalətinin Yinkou şəhərində polad zavodunda baş verən partlayış nəticəsində 4 işçi həlak olub.

Oxu24.com xəbər  verir  ki, Yerli Fövqəladə Hallar İdarəsindən verilən açıqlamaya görə, səhər saatlarında Yingkou Dəmir və Polad fabrikinin əritmə sobalarından birində partlayış baş verib.

Partlayışda fabrikdə 4 işçi həlak olub, 5 işçi isə yaralanıb.

Qəza ilə bağlı təhqiqat davam etdiyi üçün ekspertlər aparatların nasazlığı ehtimalını nəzərdən keçirir.

Çində infrastrukturun köhnəlməsi və ya əməyin mühafizəsi tədbirlərinin qeyri-kafi olması səbəbindən istehsal və anbar obyektlərində zaman zaman insan tələfatına səbəb olan qəzalar baş verir.

Yanvarın 17-də Liaoninq əyalətinin Panjin şəhərində sənaye kimyəvi maddələri istehsal edən fabrikdə baş verən partlayış nəticəsində 5 işçi həlak olub.

 

Tərcümə: Aynurə Məcidova