Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə İsveçə heç bir güzəşt etməyəcək

Türkiyə İsveçə heç bir güzəşt etməyəcək

DÜNYA

206

21.06.2023, 14:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Skandinaviya dövlətinin hakimiyyət orqanları terrorizmlə mübarizə üzrə öhdəliklərin praktiki olaraq yerinə yetirilməsini təmin etməyənə qədər Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcək.

 

Oxu24.com  Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş deyib.

 

Kurtulmuşun sözlərinə görə, Ankara Stokholmdan 2022-ci ilin iyununda Madriddə NATO sammiti zamanı razılaşdırılmış memorandumun müddəalarını yerinə yetirməsini gözləyir.

 

"Ankara İsveçdə antiterror qanununun qəbuluna müsbət reaksiya verdi, lakin onun həyata keçirilməsi üçün konkret addımlar atılmalıdır - bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, Türkiyənin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciəti Türkiyə tərəfini qane etməyəcək. "deyə Kurtulmuş bildirib.

 

Tərcümə: Miri Məcidli