Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91271
az

Ukrayna Britaniya raketləri ilə Krıma zərbə endirib

09:4122 İyun, 2023
251
  • A
Ukrayna ordusu ötən gecə Krımla Xerson vilayətini birləşdirən Çonqarski körpüsünə raket zərbələri endirib. Oxu24.com xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqramda yazıb. Onun sözlərinə görə, itki yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Rusiya Xerson vilayətini işğal edəndən sonra vilayətə qondarma qubernator təyin etdiyi Vladimir Saldonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ilə Krım arasındakı inzibati sərhəddəki körpülərə zərbələr endirmək üçün Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə edib. Həmin raketləri Kiyevə London verib. Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bir neçə gün əvvəl bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırır. O deyib ki, bu, ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması anlamına gələcək: “Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək. Xatırladaq ki, Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ rəsmiləri zorla işdən çıxarıla bilər
İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb