Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Baxçalı ilə görüşüb

Ərdoğan Baxçalı ilə görüşüb

DÜNYA

300

21.06.2023, 20:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşüb. Baxçalının iqamətgahında keçirilən görüşdə Xalq Alyansının yeni dövrdə atacağı addımların dəyərləndirildiyi bildirilir.
 

Oxu24.com xəbər verir ki, Prezident Ərdoğan TBMM-dəki AK Partiya qrup toplantısına qatıldıqdan sonra Dövlət Baxçalını iqamətgahında ziyarət edib.

 

MHP sədri Baxçalı Ərdoğanı qapıda qarşılayıb. Ərdoğan qrup toplantısında yeni konstitusiya tələb etmişdi. Bildirilir ki, iki lider görüş zamanı yeni dövrdə atılacaq addımları dəyərləndirib.

40 dəqiqə davam edən görüşdən sonra Bahçeli prezident Ərdoğanı iqamətgahının qapısına qədər müşayiət edib.

Prezident Ərdoğan və MHP sədri Baxçalı sonuncu dəfə mayın 31-də Beştəpədə görüşüb.

 

Tərcümə:Aynurə Məcidova