Qaynar xətt:

(+99450) 247 90 86

Kanadada hərbi helikopter qəzaya uğrayıb: 2 ordu üzvü itkin düşüb

Kanadada hərbi helikopter qəzaya uğrayıb: 2 ordu üzvü itkin düşüb

DÜNYA

330

20.06.2023, 22:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanadada Ottava çayı yaxınlığında qəzaya uğrayan hərbi helikopterdə olan 4 ordu mənsubundan 2-nin itkin düşdüyü açıqlanıb.

 

Oxu24.com xəbər verir  ki,Kanada Müdafiə Nazirliyindən verilən açıqlamada qəzaya uğrayan hərbi helikopterdə Kanada Kral Hərbi Hava Qüvvələrindən 4 nəfərin təlim məqsədi ilə getdiyi  bildirilib.

 

Qəzadan sonra 2 nəfərin axtarış-xilasetmə işlərində olduğu, digər 2 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.

 

Kanada Silahlı Qüvvələrinin 50 əməkdaşının çayda itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinə davam etdiyi bildirilib.

 

Kanadanın baş naziri Castin Trüdo da sosial media hesabından verdiyi açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və itkin düşənlərin tez bir zamanda tapılmasını, yaralıların isə tez sağalmasını arzulayıb.

 

Tərcümə: Aynurə Məcidova