Qaynar xətt:

(+99450) 247 90 86

Kadırovun 20 yaşlı qızı təltif edildi

Kadırovun 20 yaşlı qızı təltif edildi

DÜNYA

336

20.06.2023, 22:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kadırovun qızına medal verildi.

 

Oxu24.com  Kavkaz.Realii saytına  istinadən  xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun üçüncü qızı Xutmat Kadırova respublikanın ali dövlət mükafatı olan Axmat Kadırov ordeni ilə təltif edilib.


Xutmat Kadırovanın 20 yaşı var. O, bu ilin mart ayından Çeçenistanda səhiyyənin kuratorudur. Bundan əvvəl o, Qroznı delfinariumunun direktoru olub.

 

Mükafatı respublikanın mətbuat naziri Əhməd Dudayev elan edib.

Onun sözlərinə görə, Xutmat "şanlı ailəsini layiqincə təmsil edir", lakin Dudayev tibbə hansı töhfə verdiyini açıqlamayıb.

 

Xutmatdan əvvəl onun iki böyük bacısı, Qroznı şəhər meriyasının Məktəbəqədər təhsil şöbəsinin müdiri 22 yaşlı Xədizat Kadırova və respublikanın mədəniyyət naziri 24 yaşlı Ayşat Kadırova da eyni əmri alıblar.

 

Tərcümə: Nigar