Oxu24.com xəbər verir ki,ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı çərşənbə axşamı bildirib ki, ABŞ-ın B-1B strateji bombardmançı təyyarələri ilk dəfə İsveç aviabazasına enib.
Eniş bir gün əvvəl Amerika bombardmançılarının Avropa üzərindən İsveçin şimalında yerləşən Lulea-Kallaks aviabazasına uçuşları çərçivəsində həyata keçirilib.
ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, mayın 23-də iki B-1B Lancer strateji bombardmançı təyyarəsi “Amerikanın Avropa komandanlığı və NATO-nun çəkindirmə təşəbbüslərini dəstəkləmək üçün” İngiltərədəki Fairford Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.
Təyyarələr Texasdakı Dyce Hərbi Hava Qüvvələri bazasından transatlantik uçuş həyata keçirib.
Sonra, mayın 26-da daha iki belə Amerika bombardmançısı İngiltərədəki Fairford Hərbi Hava Qüvvələri bazasına gəldi.
O vaxtdan bəri onlar artıq Avropa üzərində, o cümlədən Baltikyanı, Mərkəzi Avropa, Balkanlar, habelə Norveç dənizi üzərindən onun sularında olan Amerika təyyarədaşıyan USS Gerald Ford ilə qarşılıqlı əlaqə yaratmaq üçün bir sıra uçuşlar həyata keçiriblər.
İsveç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzvlük üçün müraciət edib.
İyunun əvvəlində krallığın hakimiyyət orqanları alyansa qoşulmazdan əvvəl də öz ərazilərində NATO qoşunlarının yerləşdirilməsi imkanını nəzərdən keçirdiklərini açıqlamışdı.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR