Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91174
az

Paşinyan həmin gecə Putinə 20 dəfə zəng edib nə deyirmiş? —  ŞOK TƏFƏRRÜAT

12:3820 İyun, 2023
264
DÜNYA
  • A

Paşnyan 44 günlük müharibənin sona çatmasının detallarını açıqlayıb.

Oxu24.com xəbər verir ki,Üçtərəfli Bəyanat üzrə danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb,

 

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin vəziyyətini araşdıran komissiyanın iclasında bu barədə  bildirib.

 

Onun sözlərinə görə, o, bəyanatı imzalamağa razılaşıb, lakin bu şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı müddəalar olmasın.

Bundan əlavə, Paşinyan Ermənistan tərəfinə o vaxt Azərbaycanın artıq işğaldan azad etdiyi Hadrut rayonunun müqabilində Ağdam rayonunu geri qaytarmağı təklif edib.


Paşinyanın sözlərinə görə, Azərbaycan əsgərlərinin Xankəndinin bir addımlığında olmaları  barədə ona  xəbər veriblər.Belə bir vəziyyət yaranıb ki, Azərbaycan hərbçiləri Şuşanı azad edərək Şuşakənd kəndi vasitəsilə Xankəndinə və Əsgərana doğru hərəkət edərək erməniləri arxadan vuracaqldılar.

Onun sözlərinə görə, o, Rusiya prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirib və noyabrın 8-9-da onunla 20-yə yaxın, bütün müharibə boyu isə 60-a yaxın telefon danışığı olub.

Tezliklə məlum oldu ki, Azərbaycan Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etmir və tərəflər Ağdam və Şuşa haqqında heç nə deməyən mətnə ​​gəliblər. Hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə danışılıb.

“Noyabrın 9-da  mən bu sənədi imzaladım - qeyd edirəm, səhər yox, axşam, yəni əslində noyabrın 8-dən 9-na keçən gecə”, - Paşinyan bildirib.

Gecə yarısına yaxın döyüş əməliyyatlarının intensivliyinin artması, eləcə də Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olması barədə xəbərlər gəlməyə başladı. Mürəkkəb və uzun sürən müzakirələrdən sonra Paşinyan əlavə edib ki, o, 9 noyabr səhər variantından daha pis, lakin Meqri vasitəsilə dəhliz və ya Sovet anklavlarının Azərbaycana verilməsini təklif edənlərdən daha yaxşı sənəd imzalayıb.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...