Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91168
az

İtən qayıqdan paylaşım etdi - “Xilasediciləri gözləyirik”

10:1020 İyun, 2023
81
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri "Titanik" gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib. Hadisədən sonra ABŞ-nin Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb. Bazar günü səhər itən qayığın 96 saatlıq oksigen ehtiyatının olduğu bildirilir.

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, qayıqda olanlardan biri, irlandiyalı araşdırmaçı Rori Qolden öz feysbuk hesabında paylaşım edib və hazırda yaxşı olduğunu deyib.

"Mən yaxşıyam. Xahiş edirəm ki, qayığın göyərtəsində olanların adlarını soruşmayın. Onların kim olduğu barədə təxminlər etməyin. Sosial şəbəkələrdə son dərəcə yersiz bəzi şərhlər gördüm", - deyə araşdırmaçı qeyd edib.

Onun sözlərinə görə, bütün heyət hazırda xilasedicilərin gəlişini gözləyir. O, həmçinin əlavə edib ki, internetə çıxışları məhduddur. Qolden sualtı qayıqda olanların əhvalının yaxşı olduğunu vurğulayıb.

Xatırladaq ki, sualtı qayığın axtarışları iyunun 19-u başlayıb. Sahil Mühafizə Xidmətinin məlumatına görə, qayıqda 5 nəfər var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Moskvada zavod yanır - VİDEO
Netanyahunun kortejinə hücum cəhdi edildi

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi