Qaynar xətt:

(+99450) 247 90 86

Finlandiyanın yeni baş naziri sabah açıqlanacaq

Finlandiyanın yeni baş naziri sabah açıqlanacaq

DÜNYA

243

19.06.2023, 20:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Finlandiyada yeni hökumətin təsdiqi və nazirlərin təyinatı sabah baş tutacaq.

 

Oxu24.com xəbər verir ki,Finlandiya hökumətindən verilən rəsmi açıqlamada prezident Sauli Niinistö-nün bu gün seçkiləri birinci yerdə tamamlayan Milli Koalisiya Partiyasının lideri Petteri Orpo ilə görüşəcəyi bildirilib.

 

Sabah Finlandiya vaxtı ilə saat 11:00-da Baş Assambleya toplanacaq və baş nazir namizədi haqqında məlumat verilərək yeni baş nazir seçiləcək.

 

Yeni baş nazirin dörd partiyalı koalisiya qurmağa müvəffəq olmuş Orpo olacağı gözlənilir.

 

Sabah günortadan sonra başlayacaq sessiyada prezident Niinistö rəsmi olaraq baş nazir və nazirləri təyin edəcək.

 

Bundan əlavə, sabah hazırkı hökumətin istefası rəsmən qəbul ediləcək.

 

Tərcümə: Nigar