Qaynar xətt:

(+99450) 247 90 86

166 nəfər istidən öldü

166 nəfər istidən öldü

DÜNYA

301

19.06.2023, 18:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistanda həddindən artıq istilər nəticəsində ölənlərin sayı 166-ya yüksəlib

 

Oxu24.com xəbər verir  ki,səlahiyyətlilərin açıqlamalarına görə, son günlər ölkədə davam edən qızmar istilər nəticəsində Uttar Pradeş əyalətində 119, Bihar əyalətində 47 olmaqla 166 nəfər həyatını itirib.

 

Uttar Pradeş ştatının Ballia şəhərində istidən xəstəxanaya aparılan insanlar tutumun aşıldığı, xəstəxananın meyitxanası dolu olduğu üçün qəbul edilmədiyi üçün ölənlərin yaxınları cənazələri evlərinə  götürməli olub. 

 

Uttar Pradeş əyalətinin baş naziri Yogi Adityanath, kondisionerlərin və soyuducuların düzgün işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirdi.

 

Adityanath vətəndaşları elektrik enerjisini israf etməmək üçün hökumətlə əməkdaşlığa çağırıb.

 

Hindistan Meteorologiya Vahidi (IMD) Mütəxəssisi Atul Kumar Singh, 43,5 dərəcədən aşağı düşməyən temperaturlarla bağlı verdiyi açıqlamada, bu mövzuda səlahiyyətlilərə daha əvvəl xəbərdarlıq etmişdi.

Digər tərəfdən Bihar əyalətinin paytaxtı Patnada bütün məktəblər iyunun 24-dək bağlanıb.

 

Tərcümə: Miri Məcidli