Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91130
az

Lavrov ABŞ-ın nə istədiyini açıqlayıb

16:4819 İyun, 2023
71
DÜNYA
  • A

ABŞ 2024-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi Rusiyada daxili siyasi vəziyyəti “parçalamaq” niyyətindədir.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə   Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

“2014-cü ildə Ukraynada uğur qazanmış qanlı dövlət çevrilişi 6 ildən sonra Belarusda təkrarlanmağa cəhd edilib. Aydındır ki, bununla da dayanmayacaqlar, onlar açıq şəkildə ölkəmizdə daxili siyasi sabitliyi pozmağı qarşılarına məqsəd qoyublar, xüsusən də gələn il keçiriləcək prezident seçkiləri kontekstində”, - Lavrov Vahid Rusiya Baş Şurasının komissiyasının iclasında bildirib.

 

Onun sözlərinə görə, Qərb ölkələrin daxili işlərinə qarışır, bunun üçün şantaj, təhdid və “rəngli inqilablar”dan istifadə edir.
 

Lavrov qeyd edib ki, hazırkı mərhələdə “kollektiv Qərb” “Kiyev rejimi”ndən alət kimi istifadə edərək Rusiyaya qarşı “elan edilməmiş hibrid müharibəsi” aparır.

 

O, həmçinin “Vahid Rusiya” nümayəndələrinə deyib ki, Qərb ölkələri Rusiya ordusunu məğlub etmək, ölkənin siyasi və iqtisadi suverenliyinə zərbə vurmaq istəyir. "Bu xətt həm də Vaşinqton və Brüsselin qlobal üstünlüyünü saxlamaq üçün birgə səylərinə uyğundur", - Rusiya XİN rəhbəri vurğulayıb.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ dolları dəyərsizləşəcək - Maskdan PROQNOZ
Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil