Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir ölkə BRİKS-ə qoşulmaq üçün müraciət edib

DÜNYA

144

19.06.2023, 15:44

Banqladeş BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulmaq üçün rəsmi müraciət edib.

 

Oxu24.com xəbər verir  ki bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

 

Qəzetin yazdığına görə, ölkə Banqladeşin baş naziri Şeyx Hasina ilə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa arasında keçən həftə Cenevrədə keçirilən görüşdən sonra müvafiq sorğu göndərib.

 

O da bildirilir ki, bu məsələni baş nazir Hasina ilə müzakirə edərkən CAR rəhbəri bu təklifə müsbət reaksiya verib.

 

Qeyd edək ki, Misir və Əlcəzair də BRİKS-ə daxil olmağa can atır.

 

Tərcümə: Miri Məcidli