Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91124
az

ABŞ və Çin nə barədə razılığa gəldilər?

15:4019 İyun, 2023
74
DÜNYA
  • A

ABŞ-ın dövlət katibi Entoni Blinken Pekində Çin prezidenti Si Cinpinlə görüşüb.

 

Oxu24.com xəbər verir  ki,Amerikanın Səsinin məlumatına görə, görüş bu ilin sonunda ABŞ və Çin liderlərinin sammitinə səbəb ola bilər.

 

“Hər iki tərəf səmimi və ətraflı müzakirələr aparıb. Ümid edirəm ki, bu səfərinizlə, cənab dövlət katibi, siz Çin-ABŞ münasibətlərinin sabitləşməsinə daha müsbət töhfə verəcəksiniz”, - deyə Si Blinkenə bildirib.

 

Xi deyib ki, ABŞ və Çin bir sıra məsələlərdə "proqress əldə edib": "Çin tərəfi mövqeyimizi açıqlayıb və hər iki tərəf prezident Baydenlə mənim Balidə əldə etdiyimiz ümumi razılaşmalara əməl etməyə razılaşıb".


Çin liderinin sözlərinə görə, iki ölkənin maraqları bir-birinə təhdid kimi deyil, ciddi qəbul edilməlidir: “Çin ABŞ-ın maraqlarına hörmət edir və Vaşinqtona meydan oxumayacaq. Eynilə, ABŞ da Çinə hörmət etməli və Çinin qanuni hüquq və maraqlarına xələl gətirməməlidir”.

 

Xinhua agentliyinin məlumatına görə, Blinken ABŞ-ın yeni soyuq müharibəyə can atmadığını, Çindəki sistemi dəyişməyə çalışmadığını və Tayvanın müstəqilliyini dəstəkləmədiyini vurğulayıb.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zernovo kəndinin atəşə tutulması nəticəsində bir qadın ölüb
Zelenski cinayətkarların səfərbər edilməsi haqqında qanun imzalayıb
Antalyada FETÖ əməliyyatında 22 şübhəli tutulub

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib