Qaynar xətt:

(+99450) 247 90 86

Daşqın zonasında 50-dən çox insan ölüb

Daşqın zonasında 50-dən çox insan ölüb

DÜNYA

367

19.06.2023, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynada evlər su altında qalıb.

 

Oxu24.com xəbər  verir  ki,Ukrayna Daxili İşlər Nazirliyi iyunun 18-də axşam saatlarında bildirib ki, Kaxovskaya Su Elektrik Stansiyasının dağılmasından sonra Xerson və Nikolayev vilayətlərində azı 13 nəfər daşqınların qurbanı olub, 31 yerli sakin itkin düşüb, 876 ev su altında  qalıb.


“Daha dörd nəfər Rusiya hərbçilərinin daşqın zonalarını atəşə tutması nəticəsində həlak olub”, - deyə Ukrayna Daxili İşlər Nazirliyi bildirib.

 

Eyni zamanda, rusların Xerson vilayətinə təyin etdiyi “hökumət”in rəhbəri Andrey Alekseenko nəzarətində olan ərazidə azı 35 nəfərin öldüyünü açıqlayıb.

 

Ukrayna və Rusiya hakimiyyət orqanlarının bəyanatlarına əsasən, Kaxovskaya su elektrik stansiyasının dağılmasından sonra daşqın zonasında 50-dən çox insan həlak olub.

 

Tərcümə: Miri Məcidli