Qaynar xətt:

(+99450) 247 90 86

Qasırğa Braziliyanı vurdu: 8 nəfər ölüb, 19 nəfər itkin düşüb

Qasırğa Braziliyanı vurdu: 8 nəfər ölüb, 19 nəfər itkin düşüb

DÜNYA

217

17.06.2023, 20:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Braziliyanın cənubunda təsirli olan qasırğada ilk təsbitlərə görə 8 nəfər ölüb, 19 nəfər isə itkin düşüb.

 

Oxu24.com xəbər verir  ki,Braziliya mətbuatında yer alan xəbərə görə, Rio Grande do Sul əyalətinin 40 qəsəbəsində təsirli olan şiddətli qasırğa sel və torpaq sürüşməsinə səbəb olub.

 

Səlahiyyətlilər indiyədək 8 nəfərin öldüyünü, 19 nəfərin itkin düşdüyünü, 3000 nəfərin təxliyə edildiyini açıqlayıb.

 

Qasırğanın elektrik xətlərini zədələməsi nəticəsində 250 min insanın işıqsız qaldığı bildirilib.

 

Argentina və Uruqvayda dağıntılara səbəb olan qasırğa səbəbindən axtarış-xilasetmə işləri çətinləşir.

 

Tərcümə: Nigar