Qaynar xətt:

(+99450) 247 90 86

İsveç xarici işlər naziri PKK-nı qınadı

İsveç xarici işlər naziri PKK-nı qınadı

DÜNYA

348

17.06.2023, 13:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveçin xarici işlər naziri Tobias Bilström bildirib ki, İsveç Kürdüstan Fəhlə Partiyası (PKK) daxil olmaqla bütün terror təşkilatlarını pisləyir.


Oxu24.com xəbər  verir  ki, “Anadolu” agentliyinin məlumatına görə, Parisdə səfərdə olan Bilstrom Fransa xarici işlər naziri Ketrin Kolonna ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

İsveçin NATO üzvlüyünə qəbulu məsələsinə toxunan Bilström üçtərəfli memorandumda terrorla mübarizə məsələsinin mühüm yer tutduğunu xatırladıb və bu yaxınlarda onun ölkəsində yeni antiterror qanunu qüvvəyə minib.

 

İsveçin memorandumdan irəli gələn öhdəliklərinin son hissəsini yerinə yetirdiyini bəyan edən Bilström deyib: “İsveç PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınayır. Bizim Türkiyə ilə ortaq məqsədimiz var: bu, terrorla mübarizədir”.

 

O əlavə edib ki, Stokholm Üçlü Memorandum çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və İsveç və Türkiyə polisi arasında əməkdaşlıq xeyli yaxşılaşıb: “İsveçin PKK ilə bağlı mövqeyi çox aydındır. Terrorla mübarizədə bütün öhdəliklərimizi yerinə yetirəcəyik. Bizim Türkiyə ilə ortaq məqsədimiz var: bu, terrorla mübarizədir”.

 

Tərcümə: Miri Məcidli